» » Rusiyada həbs edilmiş məmurdan milyon dollarlıq saat götürülüb - VİDEO

Rusiyada həbs edilmiş məmurdan milyon dollarlıq saat götürülüb - VİDEO

Rusiyada həbs edilmiş məmurdan milyon dollarlıq saat götürülüb - VİDEO

Müstəntiqlər bütöv bir kolleksiya tapıblar.

Rusiyada müstəntiqlər Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzerlə bağlı axtarış aparakən içində pul, bahalı saatlar kolleksiyası, bir neçə ofşor şirkətin sənədləri və Bombardier və Hawker təyyarələrinin alınması ilə bağlı layihələr aşkarlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əməliyyat çəkilişində bildirilir.

Axtarış zamanı aşkarlanmış saatlardan təkcə birinin qiyməti 1 milyon dollara yaxındır. Müstəntiqlər isə bütöv bir kolleksiya aşkarlayıblar.

Bundan başqa, möhürlər və sənədlər, həmçinin Bombardier Learjet və Hawker 800XP təyyarələrinin alınması üzrə layihələr aşkarlanıb.

Bundan başqa, seyfdən bir neçə ofşor şirkətə məxsus sənədlər də götürülüb.

Qeyd edək ki, bu ilin martında Rusiyada Saxalinin həbs olunmuş qubernatoru Aleksandr Xoroşavindən 1 milyard rubla yaxın vəsait (müxtəlif valyutada), 800 bahalı zərgərlik məmulatı, o cümlədən 36 milyon rubla qələm aşkarlanmışdı.