» » Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO

Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO

Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO

O, beş il ardıcıl ərəb seks-simvolu adını qazanmışdı.

Birləşmiş Ərəb Əmirliklərində Dubay hakimi və BƏƏ-nin vitse-prezidenti, baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun dünyasını dəyişmiş oğlu Şeyx Rəşid bin Məhəmməd bin Rəşid əl-Məktumun dəfn mərasimi baş tutub. 

ucarliyiq.biz xəbər verir ki, gəncin ölümünə ürək tutması səbəb olub.

Şeyx Rəşid şeyx Məhəmməd bin Rəşid əl-Məktumun və onun böyük arvadının birinci oğlu, həmçinin taxt-tacın varisi Şeyx Həmdanın böyük qardaşı idi.

O, idman və at yarışlarını sevirmiş.

2008-2010-cu illərdə şeyx Rəşid BƏƏ-nin Olimpiya komitəsinə rəhbərlik edib.

O, beş il ardıcıl ərəb seks-simvolu seçilib. Sonuncu dəfə bu ada 2010-cu ildə layiq görülüb.

Şeyxin sərvətinin 1,9 mlrd. dollar olduğu bildirilir.

Dubayda 3 günlük matəm elan edilib.

Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO

Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO

Dubayda şeyx Rəşid əl-Məktumu dəfn etdilər - FOTO
  1. CANKA 21 sentyabr 2015 11:31


    Bu qədər sərvət sahibi görəsən o dünyaya özüylə nə apardı? Gözü doymayan, məzlumlara zülm edən ey zalımlar, qoy bu sizə dərs olsun!

    --------------------