» » Türkiyə konsulluğunun 2 əməkdaşı Rusiyada qəzada öldü

Türkiyə konsulluğunun 2 əməkdaşı Rusiyada qəzada öldü

Türkiyə konsulluğunun 2 əməkdaşı Rusiyada qəzada öldü

“Hyundai Sonata” yük maşını ilə toqquşub.

Türkiyə konsulluğunun 2 əməkdaşı Rusiyada Sankt Peterburq şəhərinin yaxınlığında dairəvi yolda baş vermiş ağır qəzada ölüb.

Bu barədə ucarliyiq.biz 47 News portalına istinadən xəbər verir.

Məlumata əsasən, diplomatik missiyaya məxsus qeydiyyat nömrə nişanları olan “Hyundai Sonata” markalı avtomobil qarşıdan gələn yük maşını ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində hadisə yerində ölən hər iki şəxsin konsulluğun ofis işçisi olduğu bildirilir.

Hadisə şahidləri avtomobilin konsulluğun texniki xidmətinə məxsus olduğunu bildiriblər.