» » Dağıstanda beş yerli sakin meşədə qətlə yetirilib

Dağıstanda beş yerli sakin meşədə qətlə yetirilib

Dağıstanda beş yerli sakin meşədə qətlə yetirilib

Əlləri bağlı şəkildə aşkarlanan şəxslərin güllələndikləri məlum olub.

Dağıstanın Süleyman-Stal rayonunda meşəlikdə beş yerli sakinin meyiti tapılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 18-də iki yerli ovçu Rayon Polis Şöbəsinə meşədə iki yoldaşlarının itkin düşdüyü barədə xəbər veriblər.

Polislər axtarışlara başlayıb və bir gün sonra itkin düşmüş ovçuların cəsədlərini aşkar ediblər. 

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarını əməkdaşları daha üç şəxsin meyitini tapıblar.

Əlləri bağlı şəkildə aşkarlanan şəxslərin güllələndikləri məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə qətlləri Dağıstanın cənubunda fəaliyyət göstərən yaraqlıların törətdiyindən şübhələndiklərini bildirib.