» » Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib

Bank keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Monetar Siyasət İdarəsi (PPK) bu gün keçirdiyi iclasda uçot dərəcəsi faizi dəhlizinin yuxarı həddini 25 bənd endirərək 8,75%-ə çatdırıb. 

Borclanma faizi, yəni dəhlizin alt bəndini dəyişdirilməyərək 7,25%, həftəlik repo faizi də həmçinin 7,5%-də sabit saxlayıb. 

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Report “Bloomberght” agentliyinə istinadən xəbər verir.

TCMB iclasında beynəlxalq maliyyə bazarlarında baş verən dalğalanmalara bağlı olaraq bank sektorunda zəruri likvidlik tədbirlərinin alındığı bildirilib.

TCMB keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib.

Qeyd edək ki, TCMB uzun müddətdir uçot dərəcəsi və faiz dəhlizi siyasətinin sadələşdirilərək tək faiz siyasətinə keçmək istədiyini bildirib. 

ucarliyiq.biz