» » Yeni Zelandiyada pələng qadını parçaladı

Yeni Zelandiyada pələng qadını parçaladı

Yeni Zelandiyada pələng qadını parçaladı

Heyvanın taleyi araşdırmalardan sonra müəyyən ediləcək.

Yeni Zelandiyanın Hamilton şəhərində pələng heyvanxanın qadın əməkdaşına hücum edərək öldürüb. 

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü, yerli vaxtla saat 11:00-da baş verib. 

Hadisə zamanı heyvanxanadakı bütün ziyarətçilər təxliyə olunublar. Əraziyə tibb işçiləri, polis və xilasedicilər cəlb edilib. Polisin bildirdiyinə görə, hadisənin təfərrüatları hələ tam aydınlaşdırılmayıb.

Qadına hücum edən pələng bu heyvan növünün ən aqressiv nümayəndəsi sayılan Sumatra pələngi olub. Onun taleyi araşdırmalardan sonra müəyyən ediləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar heyvaxana çərşənbə axşamı gününə kimi ziyarətçilər üçün bağlı olacaq.