» » Türkiyədə Fətullah Gülən ilə əlaqəsi olan bütün KİV bağlanır

Türkiyədə Fətullah Gülən ilə əlaqəsi olan bütün KİV bağlanır

Türkiyədə Fətullah Gülən ilə əlaqəsi olan bütün KİV bağlanır

RTÜK-ün fövqəladə iclasında qərar yekdilliklə qəbul edilib.

Türkiyənin Radio və Televiziyası Ali Şurası (RTÜK) Ankaranın ölkədə dövlət çevrilişinə cəhddə ittiham etdiyi ABŞ-da yaşayan Fətullah Gülən ilə əlaqəsi olan 24 KİV-in lisenziyasını ləğv edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RTÜK-ün bəyanatında bildirilib. 

“RTÜK-qn fövqəladə iclasında Gülən ilə əlaqsi olduğu müəyyən edilən bütün tele və radioşirkətlərin lisenziyalarının ləğv edilməsinə dair qərar qəbul edilib”, - bəyanatda deyilir. 

Lisenziyası ləğv edilən televiziya və radio şirkətlərin siyahısı: STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radyo, Burç FM, Samanyolu Haber Radyosu, Radyo Mehtap, Haber Radyo Ege, Dünya Radyo, Radyo Küre, Merkür TV, Esra Radyo, Tuna Shoping TV, Samanyolu Haber Radyo Anadolu.