» » Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb edir

Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb edir

Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb edir

Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasınadək müvəqqəti olaraq 60 gün müddətinə həbsini tələb edib. 

Ucarliyiq.biz “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə F. Gülənlə bağlı ABŞ-ə 2 rəsmi məktub göndərib. 

Məktublardan biri ABŞ Dövlət Departamentinə, digər isə Ədliyyə Nazirliyinə ünvanlanıb. Ədliyyə Nazirliyinə göndərilən məktubda F. Gülənin ekstradisiyası gerçəkləşənə qədər onun həbsi istənilib. 

Məktublarda Bursa məhkəməsinin qiyabi həbs tələbi və detalları, həmçinin İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli həbs qərarı öz əksini tapıb.