» » Rusiyada generallar həbs edildi

Rusiyada generallar həbs edildi

Rusiyada generallar həbs edildi

Axtarışı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları aparır.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin binasında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən axtarışlar aparılır.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə güc strukturlarında olan mənbəyə istinadən “Moskovski komsomolets” məlumat yayıb. 

Məlumata görə, axtarışı FTX-in əməkdaşları aparır. İstintaq Komitəsinin generalı Denis Nikandrov saxlanılıb. 

Eyni zamanda “Layf” telekanalı iki generalın saxlanılması haqqında məlumat yayıb.

“MK” mənbəsi əlavə edib ki, İstintaq Komitəsinin tədbirləri bu yaxınalrda “qanuni oğru” Şakro Molodyun saxlanılması ilə əlaqədardır.