» » Yerevanda toqquşmalar: Polislər yaralanıb

Yerevanda toqquşmalar: Polislər yaralanıb

Yerevanda toqquşmalar: Polislər yaralanıb

“Vətəndaşlar mühafizə olunan əraziyə keçməyə cəhd ediblər”.

Yerevanda bir qrup silahlı şəxsin ələ keçirdiyi polis binasının qarşısında polis və mülki vətəndaşlar arasında baş toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb.  

Ucarliyiq.biz İnterfax-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Erməni Milli Konqres” müxalifət fraksiyasının üzvü, deputat Nikol Paşinyan verib.

“Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar. İlkin məlumata görə, yaralar odlu silahla yetirilməyib. Bu insanlar polisi daş-qalaq ediblər”, - deyə Nikol Paşinyan bildirib.