» » Türkmənistanda prezident səlahiyyətlərinin müddəti artırılacaq

Türkmənistanda prezident səlahiyyətlərinin müddəti artırılacaq

Türkmənistanda prezident səlahiyyətlərinin müddəti artırılacaq

Həmçinin prezidentliyə namizədin yaş həddinə məhdudiyyət götürülür.

Türkmənistan Ağsaqqalar Şurasının iclası sentyabrın 14-də Aşqabadda ölkənin yeni konstitusiyasını qəbul edəcək. 

Ucarliyiq.biz xəbər verir ki, iclasın tarixi haqqında sərəncamı prezident Qurbanqulu Berdiməhəmmədov imzalayıb. 

Məlumata görə, yeni layihənin hazırkı sənəddən əsas fərqi prezident səlahiyyətlərinin müddətindədir. Müddət 5-dən 7 ilə qədər artırılır. 

Bundan başqa prezidentliyə namizədin yaş həddinə məhdudiyyət götürülür. Hazırda bu yaş həddi 70 yaşa qədərdir. 

Daha öncə Q.Berdiməhəmmədov konstitusiyanın Türkmənistanın “siyasi və sosial-iqtisadi inkişafının reallıqlarına müvafiq olmasını” qeyd etmişdi.