» » Səudiyyə Ərəbistanının neft ehtiyatları iki illik minimuma enib

Səudiyyə Ərəbistanının neft ehtiyatları iki illik minimuma enib

Səudiyyə Ərəbistanının neft ehtiyatları iki illik minimuma enib

Səudiyyə Ərəbistanı daxili tələbatın artması nəticəsində neft ehtiyatlarını azaldır.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street” jurnalı yazır.

Cari ilin may ayında krallığın neft ehtiyatları 2014-cü ilin avqustundan etibarən minimuma enib.

Ötən ilin oktyabr ayından isə neft ehtiyatlarının həcmi 12% azalaraq 289 mln. barrelə enib. Bu göstərici isə son 15 ildə ən uzunmüddətli geriləmədir.

Analitiklərin fikrincə, daxili tələbatı ödəmək üçün Səudiyyə Ərəbistanı hasilatı artırmaq istəmir. 2015-ci ilin avqustundan krallıqda hasilatın səviyyəsi günə 10,14 mln. barrellə 10,28 mln. barrel arasında dəyişir. 

ucarliyiq.biz