» » Türkmənistan Qazaxıstan ilə sərhədi bağladı

Türkmənistan Qazaxıstan ilə sərhədi bağladı

Türkmənistan Qazaxıstan ilə sərhədi bağladı

Aşqabad təhlükəsizlik tədbirlərini gücləndirib.

Türkmənistan beş gün müddətinə Qazaxıstan ilə sərhədi bağlayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistausk vilayəti üzrə dövlət gəlirləri departamentinin mətbuat xidməti məlumat yayıb. 

“Türkmənistan sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib, bununla əlaqədar beş gün ərzində xarici vətəndaşlar üçün ölkəyə giriş qadağandır”, - məlumatda deyilir. 

Departamentdən xatırladıblar ki, daha öncə əldə edilmiş razılaşmaya görə, Qazaxıstanın Manqistausk vilayətinin vətəndaşları Türkmənistanın Balkansk vilayətinin ərazisinə 5 gün müddəti daxil olmaqla vizasız gəlib-gedə bilərdilər.

Hazırda Qazaxıstan-Türkmənistan sərhədində “Temir-baba” avtomobil keçid məntəqəsi, eyniadlı gömrük postu, eləcə də “Bolaşak” dəmiryol gömrük postu yerləşir.