» » Fransada kütləvi iğtişaşlar: Xəsarət alanlar var

Fransada kütləvi iğtişaşlar: Xəsarət alanlar var

Fransada kütləvi iğtişaşlar: Xəsarət alanlar var

Narazı vətəndaşlar avtomobil və zibil konteynerlərini yandırıblar.

Fransanın Val-d`Uaz departamentinin jandarma şöbəsində bir nəfər gəncin ölümündən sonra yüzlərlə fransız etiraz aksiyasına çıxıb. Polislə toqquşma zamanı altı polis xəsarət alıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “France İnfo” radiostansiyası məlumat yayıb. 

“Yüzə yaxın adam... Bomon şəhərində jandarma şöbəsində gəncin ölümü barədə xəbər yayıldıqdan sonra polislə qarşılaşmaq istəyirdilər”, - yerli hakimiyyətin nümayəndəsi Jan-Simon Meranda bildirib. 

Bomon-sür-Uaz və Persan kommunallarının narazı vətəndaşları jandarma qarşısına toplaşıb və oradan qovulublar. Daha sonra onlar avtomobil və zibil konteynerlərini yandırıblar. Hüquq-mühafizə orqanlarının müdaxiləsinə qədər iğtişaşlar davam edib.  

“Səhər sakitlik bərpa olunub. Hazırda 130 jandarm və polis əməkdaşı yeni xuliqanlıqların qarşısını almaq üün səfərbər edilib. Altı polis odlu silahdan yüngül yara alıb, bu, yolverilməzdir”, - Meranda qeyd edib. 

ucarliyiq.biz