» » Putin və Ərdoğan Rusiyada avqustun əvvəlində görüşəcəklər

Putin və Ərdoğan Rusiyada avqustun əvvəlində görüşəcəklər

Putin və Ərdoğan Rusiyada avqustun əvvəlində görüşəcəklər

“Hazırda diplomatik kanallarda prezidentlərin görüşü hazırlanır”.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun ilk ongünlüyündə Rusiyanın şəhərlərindən birində görüşəcəklər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Hazırda diplomatik kanallarda Putin və Ərdoğanın görüşü hazırlanır. Biz bu görüşün avqustun birinci ongünlüyündə Rusiyada keçiriləcəyi barədə razılığa gəlmişik, amma şəhər və tarix dəqiqləşdirilməyib”, - D.Peskov deyib. 

Kremlin nümayəndəsi görüşün Bakıda keçiriləcəyinə dair informasiyanı təkzib edib.