» » Silahlı qrup 4 girovu Ermənistan polis rəisinə dəyişməyə hazırdır

Silahlı qrup 4 girovu Ermənistan polis rəisinə dəyişməyə hazırdır

Silahlı qrup 4 girovu Ermənistan polis rəisinə dəyişməyə hazırdır

Yerevanda polis post-patrul xidmətinin binasını zəbt edənlər dörd nəfəri artıq bir sutkadır ki, girov saxlayırlar.

Yerevanda polis post-patrul xidməti binasını zəbt edən silahlı qrup 4 girovu Ermənistan polis rəisi Vladimir Qasparyana dəyişməyə hazırdır.

Ucarliyiq.biz erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə silahlı qrupun üzvlərindən biri Pavel Maukyan bildirib. 

O bəyan edib ki, onlar girovları yemək və su ilə təmin ediblər. 

Xatırladaq ki, Yerevanda patrul-post xidmətinin binasını zəbt edənlər dörd nəfəri artıq bir sutkadır ki, girov saxlayırlar. Hücum zamanı post-patrul xidmətinin alay rəisi Artur Vanoyan ölüb, bir neçə hüquq-mühafizə əməkdaşı yaralanıb.