» » Kerri: Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür

Kerri: Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür

Kerri: Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür

“Əsəd Suriyanı sülhə gətirə bilmir”.

Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür.

ucarliyiq.biz “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib. 

“Siyasi həll – Suriya böhranı üçün yeganə mümkün həll yoludur”, - Kerri Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayerlə görüşdən sonra deyib.  

Kerri həmçinin bildirib ki, nə prezident Bəşər Əsəd, nə “İslam dövləti” (İŞİD) terror qruplaşması Suriyanı sülhə gətirə bilər.  

“Tamamilə aydındır ki, Əsəd Suriyanı sülhə gətirə bilmir.  Həmçinin “İslam dövləti” terror qruplaşmasının hakimiyyətə gəlməsini təsəvvür etmək mümkün deyil”, -  dövlət katibi deyib.