» » Ukraynada hərbi çağırış yaşı artırılır

Ukraynada hərbi çağırış yaşı artırılır

Ukraynada hərbi çağırış yaşı artırılır

Poroşenko bəyanatla çıxış etdi.

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, yaxın zamanlarda səfərbərlik elan etmək niyyətində deyil. Lakin hərbi çağırış yaşı 20 yaşadək artırılacaq və bu barədə yekun qərar verilib.

ucarliyiq.biz Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Poroşenko  bazar günü telejurnalistlərlə görüşdə bəyan edib. 

“Çağırışdan imtina etməyə hazırlaşırıqmı? Mən çox qeyri-populyar cavab verəcəm – xeyr”, - Poroşenko müsahibəsində deyib. 

“Çağırışçılar Donbasda hərbi əməliyyatlar zonasına düşməyəcəklər, orduda müqavilə əsasında xidmət artırılacaq”, - o əlavə edib.