» » Yerevanda polis binasından beş girovu azad etdilər

Yerevanda polis binasından beş girovu azad etdilər

Yerevanda polis binasından beş girovu azad etdilər

Güc strukturlarının əməkdaşları silahlılarla danışıqları davam etdirirlər.

İyulun 17-də səhər saatlarında Yerevanda polis bölməsinin binasını ələ keçirən silahlı qruplaşma beş girovu azad edib.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə məlumat respublikanın Milli təhlükəsizlik xidmətinin rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları digər girovların azad olunması üçün silahlı şəxslərlə danışıqlar aparır.

Xidmətdən həmçinin bildiriblər ki, hazırda xüsusi polis qüvvələri hazır vəziyyətdə binanın ətrafında saxlanılır.