» » Səudiyyə Ərəbistanında pokemonlar oyunu barədə fətva verildi

Səudiyyə Ərəbistanında pokemonlar oyunu barədə fətva verildi

Səudiyyə Ərəbistanında pokemonlar oyunu barədə fətva verildi

Qərarda bildirilir ki, bu cür əyləncələrdə İslam dinində qadağan edilmiş elementlər var.

Səudiyyə Ərəbistanının Üləmalar Şurası pokemonlar oyununun İslam dininə zidd və günah olması barədə fətva verib.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters nəşri yerli KİV-lərə istinadən yazır.

Şuranın qərarına əsasən, bu cür əyləncələrdə İslam dinində qadağan edilmiş elementlər var: çoxallahlıq və mərc oyunları. Şura həmçinin hesab edir ki, pokemonların mutasiyası İslamda günah sayılan təkamül nəzəriyyəsinə istinadlar ehtiva edir.  

Bunula belə, fətvada məhz Pokemon GO oyunun adı qeyd olunmur.