» » İran Avropa şirkətlərini neft hasilatına dəvət edir

İran Avropa şirkətlərini neft hasilatına dəvət edir

İran Avropa şirkətlərini neft hasilatına dəvət edir

Tehran altı yataq təklif edəcək.

İran Avropanın Total, Eni və Saipem neft şirkətləri ilə Fars körfəzində yataqların işlənməsində onların iştirakı ilə bağlı ilkin danışıqlara başlayıb. 

Bu barədə İranın Dəniz Neft Şirkətinin icraçı direktoru Səid Hafezi bəyan edib. 

ucarliyiq.biz xəbər verir ki, Hafezinin sözlərinə görə, Tehran xarici investolara neft müqavilələrinin yeni modelinin təqdim olunması mərasimində onların işləyə biləcəyi altı yataq təklif edəcək. 

Hafezi qeyd edib ki, İran BƏƏ ilə Salman yatağında qaz hasilatı məsələsini müzakirə etməyi planlaşdırır və artıq Norveç-Avstriya şirkəti ilə İsfəndiyar neft yatağının mənimsənilməsi ilə bağlı danışıqlar aparır. 

O həmçinin əlavə edib ki, İran Amerika şirkətləri ilə danışıqlar aparmayıb.