» » Azərbaycan Ukraynanın əsas silah tədarükçüləri sırasındadır

Azərbaycan Ukraynanın əsas silah tədarükçüləri sırasındadır

Azərbaycan Ukraynanın əsas silah tədarükçüləri sırasındadır

“Ukroboronprom” əsas sifarişçilərin adlarını açıqlayıb.

Ukraynanın “Ukroboronprom” dövlət konserni 2011-2015-ci illər ərzində ən çox silah satılan ölkələrin siyahısını açıqlayıb.

Ucarliyiq.biz UNİAN-ə istinadən xəbər verir ki, sözügedən dövr ərzində silah alışına dair imzalanan müqavilələrin həcminə görə Səudiyyə Ərəbistanı və İraq ilk yerləri bölüşür.

Məlumata görə, bu iki ölkə ilə göstərilən dövr ərzində imzalanan müqavilələrin həcmi təqribən 1 milyard dollar təşkil edib.

Ukrayna silahlarının əsas ixracatçıları sırasında Azərbaycanla yanaşı, Çin, Hindistan, Qazaxıstan, Pakistan, həmçinin bir sıra Afrika ölkələri, xüsusilə Əlcəzair, Misir, Efiopiya, Anqola və Nigeriyanın da adı var.

ucarliyiq.biz