» » Avropa İttifaqı Şurasına Estoniya rəhbərlik edəcək

Avropa İttifaqı Şurasına Estoniya rəhbərlik edəcək

Avropa İttifaqı Şurasına Estoniya rəhbərlik edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri qurumda Böyük Britaniyanın əvəzinə, hansı ölkənin təmsil edəcəyinə dair qərar qəbul ediblər. 

Ucarliyiq.biz xəbər verir ki, səfirlər bu məsələdə geniş razılıq əldə ediblər – 2017-ci ilin ikinci yarısında Aİ Şurasına Estoniya rəhbərlik edəcək. 

Aİ Şurasının rəhbəri vəzifəsində Böyük Britaniyanı əvəzləmək məsələsi britaniyalıların qurumdan çıxmağa dair səsverdikdən sonra meydana çıxdı. Bununla əlqadar London sədrlikdən imtina etməli oldu. Böyük Britaniya Aİ Şurasında 2017-ci ilin ikinci yarısında rəhbərlik etməli idi.   

Məlumata görə, Estoniya Böyük Britaniyanı əvəzləyəcək yeganə namizəd olub. Xorvatiya və Belçika da namizədliklərini irəli sürüblər. Aİ Şurasında Britaniyanı Brüssel də əvəz etməyə hazır olduğunu bildirib. 

Hazırda Şuraya Slovakiya rəhbərlik edir. 2017-ci ilin yanvar ayının 1-dən o sədrliyi Maltaya verəcək. 2017-ci ilin iyulun 1-dən Aİ Şurasının rəhbərliyi Britaniyaya keçəcəkdi, onu bu postda Estoniya əvəz edəcək.