» » Soros Avropada yeni sarsıntılar barədə xəbərdarlıq etdi

Soros Avropada yeni sarsıntılar barədə xəbərdarlıq etdi

Soros Avropada yeni sarsıntılar barədə xəbərdarlıq etdi

Avropa İttifaqı “ölümcül təhlükədədir”.

Yaxın gələcəkdə Avropanı mühacirlərlə əlaqədar yeni sarsıntılar gözləyir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə milyardçı Corc Soros “Corriere della Sera”ya verdiyi müsahibədə bildirib. 

Sorosun fikrincə, mühacir böhranı azalır, amma bu, müvəqqətidir. Tezliklə qaçqınların siyahısı yenidən artacaq, avropalıların onlara münasibəti isə pisləşəcək. 

Avropa İttifaqı əsasən mühacirlərlə əlaqədar “ölümcül təhlükədədir”, buna görə də bu problemi təcili həll etmək lazımdır.

Milyardçı hesab edir ki, Türkiyədə çevriliş cəhdi qeyri-müəyyənliyi artıracaq və Brüssel ilə Ankara səmərəliliyinə onsuz da şübhə edilən arasında sazişi çətinləşdirəcək.