» » Belarusda “Skype” və “Viber”i blok etmək istəyirlər

Belarusda “Skype” və “Viber”i blok etmək istəyirlər

Belarusda “Skype” və “Viber”i blok etmək istəyirlər

Onlara milli elektrik rabitə operatoru ilə müqavilə bağlamaq və avadanlığı qeydiyyatdan keçirmək lazımdır.

Sentyabrda Belarusda prezident yanında fəaliyyət göstərən Əməliyyat-Analitik Mərkəzin (ƏAM) “Elektrik rabitəsi şəbəkələrində trafik verilməsi qaydalarının pozulmasına qarşı sistem haqqında” əmri qüvvəyə minir. Əgər bu vaxta qədər tərcümə, səsli onlayn zəng funksiyası olan “Skype”, “Viber” və digər populyar internet-messencerlər dövlət operatoru ilə müqavilə bağlamasalar blok ediləcəklər. 

Ucarliyiq.biz “digital.report”a istinadən xəbər verir ki, ƏAM-in rəsmi olaraq əmri ayrı-əyrı adamlara və şirkətlərə gəlir gətirə biləcək “boz” səs trafikinə qarşı yönəlib. 

Əmrin hələ formalaşması mərhələsində “boz” trafik satıcılarına avadanlığın alınmasına sərf edilən kiçik xərc müqabilində sanballı gəlirin əldə edilməsi barədə danışılırdı. 

Qeyd edək ki, “internet və ya mobil əlaqə” istifadə etdikləri halda, bu “Skype” və “Viber” kimi populyar messencerlərə də şamil ediləcək. İstifadəçilərin zənglərini telefon şəbəkəsinə qanuni “yerləşdirmək” üçün onlara milli elektrik rabitə operatoru ilə müqavilə bağlamaq və avadanlığı qeydiyyatdan keçirmək lazımdır. 

ucarliyiq.biz