» » Vışeqrad ölkələrinin baş nazirləri Varşavada toplaşıblar

Vışeqrad ölkələrinin baş nazirləri Varşavada toplaşıblar

Vışeqrad ölkələrinin baş nazirləri Varşavada toplaşıblar

Əsasən, Avropa İttifaqının gələcəyi müzakirə ediləcək.

Bu gün Varşavada “Vışeqrad dördlüyü” (Polşa, Çexiya, Slovakiya və Macarıstan - V4) ölkələrinin liderlərinin sammiti başlayıb.

Ucarliyiq.biz bu barədə xəbər verir.   

Polşa XİN rəhbərinin müavini Konrad Şimanski qeyd edib ki, Polşa, Çexiya, Slovakiya və Macarıstan liderləri Beata Şidlo, Boquslav Sobotka, Robert Fitso və Viktor Orban əsasən Avropa İttifaqının gələcəyini müzakirə edəcəklər. 

Şimanskinin sözlərinə görə, polşalı baş nazir həmkarlarını sentyabr ayında Bratislavada keçiriləcək Aİ-nin qeyri-rəsmi sammitindən öncə birgə reaksiyanı hazırlamaq üçün Varşavaya dəvət edib. 

Polşa XİN rəhbərinin müavini sammitin Aİ Brexit ilə əlaqədar hansı vəziyyətdə olduğu və bunun niyə baş verdiyinə dair suala cavab verməli olduğunu vurğulayıb.