» » Ərdoğan çevrilişdən necə xəbər tutmasından danışdı

Ərdoğan çevrilişdən necə xəbər tutmasından danışdı

Ərdoğan çevrilişdən necə xəbər tutmasından danışdı

“Bunu eşidəndə bu barədə ciddi düşünmədim”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə çevriliş haqqında kürəkənindən eşitdiyini bildirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Ərdoğan “Al-Jazeera” telekanalına verdiyi müsahibədə bildirib. 

“Əlbəttə, biz sonra məlumatın təsdiqini aldıq, amma bu barədə mənə ilkin olaraq kürəkənim bildirmişdi. Bunu eşidəndə, bu barədə ciddi düşünmədim”, - Ərdoğan jurnalistin ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdi barədə ona kimin bildirdiyi barədə suala cavab verərkən deyib.

İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib. Ölkə rəhbərliyi qiyamın yatırıldığını bildirib.