» » Türkiyədə insan haqları haqqında Konvensiya dayandırılıb

Türkiyədə insan haqları haqqında Konvensiya dayandırılıb

Türkiyədə insan haqları haqqında Konvensiya dayandırılıb

İnsan haqları haqqında Konvensiya Türkiyə ərazisində fövqəladə hal müddətində dayandırılacaq.

Ucarliyiq.biz NTV istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş bildirib. 

“Biz Türkiyədə fövqəladə hal rejiminin bir və ya bir ay yarım müddətində başa çatmasını istəyirik. Komendant saatının tətbiqini nəzərdə tutmuruq. Amma fövqəladə hal müddətində İnsan haqları haqqında Avropa Konvensiyasının həyata keçirilməsi dondurulacaq”, - o deyib. 

Baş nazirin müavini bildirib ki, qiyama hazırlığa dair informasiyanın əldə edilməsi və tədbirlərin görülməsi kontekstində “kəşfiyyatın işində struktur və fərdi hesablamalar üzə çıxarılıb”.

Kurtulmuş daha öncə qiyamdan sonra Türkiyə HDD itən gəmilərinə dair informasiyanı təkzib edib. 

“Ordunun itkin düşmüş hərbi nəqliyyatı aşkar edilməyib”, - o qeyd edib.