» » İstanbul meri “xainlər məzarlığı” yaratmağı təklif edib

İstanbul meri “xainlər məzarlığı” yaratmağı təklif edib

İstanbul meri “xainlər məzarlığı” yaratmağı təklif edib

Kadir Topbaş bildirib ki, qiyamçılar üçün bu dünyada az yer olmalıdır.

türkiyənin İstanbulşəhərinin meri Kadir Topbaş hərbi çevrilişə cəhd zamanı ölən qiyamçılar üçün ayrıca “xainlər məzarlığı” yaratmağı təklif edib.

Bu barədə Ucarliyiq.biz Hurriyet nəşrinə istinadən xəbər verir.

“Biz şeytanın ağlına belə gəlməyəcək terror gördük. Onlar silahlarını öz vətəndaşlarına qarşı tuşladılar. Ordu şəhərinin başçısı qiyamçılara qəbiristanlıqda yer vermədi. Mən də deyirəm ki, onları heç bir qəbiristanlıq qəbul etməyəcək. Biz onlar üçün ayrıca “Vətən xainləri qəbiristanlığı” yaratmalıyıq. Qiyamçılara yalnız lənət düşür. Şübhə etmirəm ki, onlar cəhənnəmə düşəcəklər, bununla belə bu dünyada da onlar üçün az yer olmalıdır”, - qəzet Topbaşının sözlərini sitat gətirir.