» » Yerevanda iğtişaşlar davam edir

Yerevanda iğtişaşlar davam edir

Yerevanda iğtişaşlar davam edir

Silahlıların ələ keçirdiyi polis binasının qarşısında aksiya keçirilir.

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına yenidən əlavə polis qüvvələri cəlb olunub.

Ucarliyiq.biz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binanın qarşısında 200 nəfər etiraz aksiyası keçirir. 

Onlar binanı ələ keçirən silahlıların ərzaqla təmin olunmasını tələb edirlər.

Qeyd edək ki, ötən gün polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb.