» » Tramp respublikaçılara razılıq verdi

Tramp respublikaçılara razılıq verdi

Tramp respublikaçılara razılıq verdi

“Birlikdə partiyamızı yenidən Ağ evə gətirəcəyik”.

Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidenti postuna namizədliyini irəli sürməyə rəsmi olaraq razılaşdı. 

Ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Tramp partiyanın Klivlenddə keçirilən qurultayında bildirib. 

“Dostlar, nümayəndələr və amerikalı həmvətənlərim. Mən Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyimin irəli sürülməsi təklifini qəbul edirəm”, - o bəyan edib. 

“Birlikdə partiyamızı yenidən Ağ evə, ölkəmizi isə təhlükəsizliyə, çiçəklənməyə və sülhə aparacağıq. Biz alicənablıq və xeyirxahlıq, bununla yanaşı, qanun-qayda ölkəsi olacağıq”, - namizəd bildirib.