» » Türkiyədə Şəhidlərin anım günü təsis edildi

Türkiyədə Şəhidlərin anım günü təsis edildi

Türkiyədə Şəhidlərin anım günü təsis edildi

“Yaşadığımız hadisələr çevrilişə qarşı ən güclü qarşılıq xalqın olduğunu göstərdi”.

15 iyul Türkiyədə Şəhidlərin anım günü elan edildi. 

Ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada prezident iqamətgahında keçirilən mətbuat konfransında bildirib. 

“Gələcək nəsillər iyulun 15-də demokratiya uğrunda həlak olan mülki vətəndaşları, polisləri, bütün qəhrəmanlarını unutmayacaq. Diqqətinizə çatdırmaq istərdim ki, hər ilin iyulun 15-i Şəhidlərin anım günü qeyd ediləcək”, - deyə Ərdoğan bildirib. 

“Yaşadığımız hadisələr çevrilişə qarşı ən güclü qarşılıq xalqın və onun iradəsinin olduğunu göstərdi. Bir həftədir ki, bu müqəddəs mübarizəni davam etdirən xalqımızdan təxribatlara yol verməməyə, daha təmkinli olmağa çağırıram”, - Ərdoğan deyib.