» » Dünyanın ən zəngin adamlarının siyahısı açıqlandı

Dünyanın ən zəngin adamlarının siyahısı açıqlandı

Dünyanın ən zəngin adamlarının siyahısı açıqlandı

“Bloomberg Billionaires Index”in versiyasına görə, “Microsoft”un yaradıcısı Bill Qeyts dünyanın ən zəngin adamı seçilib.

Ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, B.Qeytsin var-dövləti 89 milyard dollar qiymətləndirilib.

İkinci yerdə “İnditex” pərakəndə şirkətlərinin rəhbəri Amansio Orteqa (73 milyard dollar) qərarlaşıb.

“Amazon” onlayn alış-veriş şəbəkəsinin təsisçisi Ceff Bezos (65,1 milyard dollar) 3-cü pilləyə yüksəlib.

“Berkshire Hathaway Inc.” şirkətinin rəhbəri Uorren Baffeti (65 milyard dollar) isə xeyriyyəçiliyə 2,9 milyard dollar sərf etdiyindən dördüncü sıraya düşüb.