Moskvada sərxoş sürücü səkkiz adamı vurdu – VİDEO

Moskvada sərxoş sürücü səkkiz adamı vurdu – VİDEO

Sürücü saxlanılıb.

Sükan arxasında sərxoş halda və sürücülük vəsiqəsi olmayan minik avtomobilinin sürücüsü, Moskvada ictimai nəqliyyat dayanacağına çırpılıb. Nəticədə səkkiz nəfər xəsarət alıb.  

ucarliyiq.biz LifeNews-a istinadən xəbər verir ki, qəza Moskvanın Profsoyuznı küçəsində baş verib.

“Hyundai-Solaris” markalı avtomobilin sürücüsü idarəetməni itirib və “Şkoda”ya çırpılıb, zəncirvari qəzada daha bir xarici markalı avtomobil iştirak edib. Daha sonra “Hyundai-Solaris” piyada zonasına çıxıb və bir neçə metr gedərək dayanacağa çırpılıb. Qəza nəticəsində hər üç avtomobil ciddi xəsarət alıb.  

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, “Hyundai”ın sürücüsünün vəziyyəti ekspertizasız da göz qarşısında idi.

Qəzanın səbəbkarı faktı təkzib etməyib. Bundan başqa, o, bu il sürücülük vəsiqəsindən məhrum olunduğunu da etiraf edib. Sürücü saxlanılıb.


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Rəy əlavə et

*
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler