» » Sarkisyan sonunda polis bölməsinin zəbt edilməsindən danışdı

Sarkisyan sonunda polis bölməsinin zəbt edilməsindən danışdı

Sarkisyan sonunda polis bölməsinin zəbt edilməsindən danışdı

“Hamımız bundan dərs almalıyıq”.

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda polis bölməsinə hücum iştirakçılarını girovları azad etməyə və silahı yerə qoymağa çağırıb.  

Ucarliyiq.biz bu barədə erməni KİV-nə istinadən xəbər verir.

Bu, bölmənin zəbt edilməsindən indiyə qədər keçən beş gün ərzində Sarkisyanın bu mövzuda ilk şərhidir. 

“Bundan sonrakı addımlar Ermənistanın konstitusiya və qanunlarına riayət olunaraq atılacaq. Şəxsi intiqam cəhdlərinin qarşısı qanun ilə alınacaq”, - Sarkisyanın sözlərini prezidentin mətbuat xidməti sitat gətirib. 

“Ölkəmiz çətin və məsuliyyətli günlər yaşayır. Səbəblər üzərində durmayacam. İndi vaxtı deyil. Yalnız onu deyə bilərəm ki, hamımız bundan dərs almalıyıq”, - deyə Ermənistan prezidenti bəyan edib. 

Onun sözlərinə görə, vəziyyətin dinc yolla həll edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. 

Daha öncə “Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadən Ermənistan hakimiyyətinin girovların götürülməsi fonunda hökumətin istefaya göndərilməsini müzakirə etdiyi barədə məlumat yaymışdı.