» » Ərdoğana sadiq türkiyəli polkovnik özünü başından güllələdi

Ərdoğana sadiq türkiyəli polkovnik özünü başından güllələdi

Ərdoğana sadiq türkiyəli polkovnik özünü başından güllələdi

Zabit qiyamçıların planlarının qarşısını ala bilməməsindən mənəvi sarsıntı keçirib.

Türkiyə Silahlı Qüvvələrinin polkovik-leytenantı uğursuz hərbi çevrilişdən sonra intihar edib.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Haber Turk qəzeti yazır.

Levent Öndərin cəsədi Türkiyənin cənub-şərqində, Siirt vilayətində yaşadığı evdə tapılıb. 

“Qiyamdan sonra zabit depressiyaya düşmüşdür. O, qiyamçıların planlarının qarşısını ala bilməməsində özünü günahkar hesab edirdi”, - vilayət prokurorluğunun məlumatında bildirilir.

Nəşr qeyd edir ki,  3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Öndər bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb.