» » Rəsmi Tbilisi Moskva ilə münasibətlərin bərpasının şərtlərini açıqladı

Rəsmi Tbilisi Moskva ilə münasibətlərin bərpasının şərtlərini açıqladı

Rəsmi Tbilisi Moskva ilə münasibətlərin bərpasının şərtlərini açıqladı

“Biz bu çətin problemlərin həlli üçün birgə addımlar atmağa hazırıq”.

Rəsmi Tbilisi və Moskva arasında diplomatik münasibətlər yalnız Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü və suverenitetini tanımasından sonra bərpa edilə bilər.

Ucarliyiq.biz-ın İnterfax-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin RF ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Təəssüf ki, bizim ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı proseslərin həllində heç bir irəliləyiş yoxdur. Əgər Rusiya tərəfinin müvafiq siyasi iradəsi olsa, biz bu çətin problemlərin həlli üçün birgə addımlar atmağa hazırıq”, - Z.Abaşidze Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərini şərh edərkən deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Vladimir vilayətində forumda çıxışı zamanı bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin bərpasında təşəbbüsü rəsmi Tbilisi göstərməlidir. 

S.Lavrov qeyd edib ki, diplomatik münasibətləri pozulmasında günahkar məhz Gürcüstan tərəfi olub.