» » Obama Gülənin ekstradisiyası barədə danışdı

Obama Gülənin ekstradisiyası barədə danışdı

Obama Gülənin ekstradisiyası barədə danışdı

Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən müvafiq sənədləri ABŞ-ə təqdim etməlidir. 

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər”, – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ekstradisiya barədə qərarı o deyil, Ədliyyə Nazirliyi və məhkəmə qəbul edir.