» » Şeremetin qatili azərbaycanlı avtoritetin çangüdənidir

Şeremetin qatili azərbaycanlı avtoritetin çangüdənidir

Şeremetin qatili azərbaycanlı avtoritetin çangüdənidir

Ukryanalı jurnalist Pavel Şeremetin qətlinin icraçısı azərbaycanlı avtoritetin cangüdənidir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ukrayna KİV-i yazır. 

Belə ki, Pavel Şeremetin avtomobilinin altına partlayıcının qoyulmasının qeydə alındığı kadrlarda axsayan kişi görünür. 

Həmin kişi son illərdə Kiyevdə bir sıra partlayış və sui-qəsdlərə aidiyyatı olduğu iddia edilən şəxsə çox bənzəyir. Axtarılan şəxsin əsas əlaməti axsamasıdır. 

“Cinayətkar qaçarkən də axsayır”, - bunu bir müddət öncə hüquq-mühafizəçilərinə şahid bildirib. Axsaq killerin həmçinin 2009-cu ildə sentyabrın 14-də baş verən daha bir sifarişli cinayətə aidiyyatı var idi. O, şəhər sakinlərindən birini güllələmişdi. Bu zaman şahidlərdən biri killerin spesifik yerişi olduğunu, axsadığını bildirmişdi. 

O zaman şübhəli bilinən şəxsin kimliyi müəyyən edilmişdi, amma o, Krımda gizlənməyə müvəffəq olub. 

Əməliyyatçılar killerin Ukraynaya 2014-cü ildə geri qayıtdığını müəyyən ediblər. Çernovtsıda o əslən Azərbaycandan olan, sabiq Moskva sakini kriminal avtoritetin yanına cangüdən düzəlib. 

ucarliyiq.biz