» » Yerevan “qiyamçıları” yeni şərtlər irəli sürdülər

Yerevan “qiyamçıları” yeni şərtlər irəli sürdülər

Yerevan “qiyamçıları” yeni şərtlər irəli sürdülər

Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binası yanında Ermənistan polisinin və Milli təhlükəsizlik xidmətinin nəzarəti altında  neytral zonada 24 saatlıq mətbuat mərkəzi yaradılmalıdır.

Ucarliyiq.biz-ın TASS-ə istinadən məlumatına görə, bunu “Şant” (“İldırım”) telekanalına hakimiyyətlə silahlı qruplaşma arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

Onun sözlərinə görə, bundan sonra qalan iki girov - polis general-mayoru Vartan Yeqiazaryan və polis polkovniki Valeri Osipyan - azad ediləcək.

KİV nümayəndələrinin mətbuat mərkəzində hansı vəzifəni yerinə yetiriləcəkləri açıqlanmır.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif “Təsis parlamenti” vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.