» » Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Türkiyədə nurçuların lideri Fətullah Gülənin qardaşı oğlu saxlanılıb. 

Ucarliyiq.biz France-Presse agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən (Muhammet Sait Gulen) Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində Ərzurumda tutulub. 

Məlumatda onun Ankaraya gətiriləcəyi, terror təşkilatına üzvlüklə yanaşı, 2010-cu ildə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı da sorğu-suall ediləcəyi qeyd olunub.