» » Qardaş şikayət etdi: Bacımı seks kaseti ilə hədələyib

Qardaş şikayət etdi: Bacımı seks kaseti ilə hədələyib

Qardaş şikayət etdi: Bacımı seks kaseti ilə hədələyib

“O, görüntüləri “Facebook”da yayacaq idi”.

Bakıda qadın videoya çəkilmiş intim görüntüləri ilə şantaj olunub. 

ucarliyiq.biz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə onun qardaşı polisə məlumat verib.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Kənan Şükürov ( ad, soyad şərtidir) polisə müraciət edərək bildirib ki, Ziya adlı şəxs 1 ilə yaxın bacısı 1978-ci il təvəllüdlü Banu (ad şərtidir) ilə cinsi əlaqədə olub.

2014-cü ilin dekabrından bu ilin avqust ayının 28-dək olan müddət ərzində Ziya Banu ilə mütəmadi olaraq cinsi əlaqədə olub və bütün bunları gizli kamera ilə qeydə alıb.

Son günlər isə Ziya həmin video görüntüləri “Facebook”da yayacağı ilə Banunu şantaj edərək ondan 8700 manat pul alıb.

Məsələ ilə bağlı araşdırma aparılır.