» » “Münhen atıcısı” hücum günü imtahandan kəsilmişdir

“Münhen atıcısı” hücum günü imtahandan kəsilmişdir

“Münhen atıcısı” hücum günü imtahandan kəsilmişdir

İyulun 22-də Almaniyanın Münhen şəhərində insanlara atəş açan Əli Sonbolin həmin gün texnikumda imtahandan kəsilmişdir.

Ucarliyiq.biz-ın məlumatına əsasən, bu barədə Bild nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə əsasən, Ə.Sonbolin həmçinin həmyaşıdları tərəfindən bir neçə dəfə döyülməsi barədə polisə şikayət edib.

Qeyd olunur ki, İran əsilli 18 yaşlı Almaniya vətəndaşına bir müddət əvvəl diqqət çatışmazlığı və hiperaktivlik sindromu diaqnozu qoyulmuşdu.

Almaniya DİN “Münhen atıcısı”nı Breyviklə müqayisə etməməyi xahiş edib.