» » Nepalın baş naziri parlamentdə etimad səsverməsindən əvvəl istefa verib

Nepalın baş naziri parlamentdə etimad səsverməsindən əvvəl istefa verib

Nepalın baş naziri parlamentdə etimad səsverməsindən əvvəl istefa verib

Bu gün Nepalın baş naziri Kxadqa Prasad Şarma Oli parlamentdə hökumətə etimad səsverməsindən bir neçə dəqiqə əvvəl istefa verib.

Ucarliyiq.biz-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir parlamentin iclasında deyib ki, istefa ərizəsini parlamentin iclasından əvvəl görüşdüyü prezident Bidxya Devi Bxandariyə təqdim edib.

Qeyd edək ki, Oli çoxpartiyalı koalisiyanın rəhbəri kimi baş nazir postunu tutub. Ancaq siyasi müttəfiqləri artıq koalisiyanı tərk etdiyi üçün istefa vermək məcburiyyətində qalıb.