» » Floridada gecə klubunda atışma: Ölən var - VİDEO

Floridada gecə klubunda atışma: Ölən var - VİDEO

Floridada gecə klubunda atışma: Ölən var - VİDEO

Floridada gecə klubunda atışma nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “NBC 2 News” telekanalı polisə istinadən məlumat yayıb. 

Telekanalın məlumatına görə, hadisə bazar ertəsi səhər saatlarında Mayersdə yerləşən “Club Blu” klubunda baş verib.  

“Fort Mayers şəhərində polis idarəsinin məlumatına görə, 15 nəfər odlu silahdan yaralanıb. Ən azı bir nəfər ölüb”, - telekanalın “Tvitter” səhifəsində məlumat yayılıb. 

Telekanalın məlumatına görə, naməlum şəxs kluba daxil olub, müştərilərə atəş açıb. Onların bəzilərinin13 yaşı olub. 

“The Mirror” nəşri yazır ki, atışmanın qurbanı 14 yaşlı yeniyetmə olub. Qonşu rayonda da atışmaların olmasına dair məlumat yayılıb. Hadisənin təfərrüatları araşdırılır. 


At least 20 cop cars on scene. Working to get info. Believed to be connected to shooting at Club Blu.@Fox4Now pic.twitter.com/eTJRky63TY

— Stephanie Tinoco (@stinocoTV) 25 июля 2016 г.