» » KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər

KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər

KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər

“Türkiyə Ermənistanla sərhədlərini aça bilər”.

Ucarliyiq.biz “Report”a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib. 

Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub.

“Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb”, - deyə məqalədə bildirilir.