» » Türkiyədə səhiyyə işçilərinin kütləvi ixtisarı

Türkiyədə səhiyyə işçilərinin kütləvi ixtisarı

Türkiyədə səhiyyə işçilərinin kütləvi ixtisarı

Türkiyədə uğursuz hərbi çevrilişdən sonra səhiyyə sahəsində kütləvi ixtisarlar baş verib.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir, bu barədə Türkiyə səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Nazirin sözlərinə əsasən, aparılmış araşdırmalardan sonra, beş mindən çox səhiyyə işçisi işdən çıxarılıb. R.Akdağ bildirib ki, səhiyyə işçiləri sırasında araşdırmalar davam etdiriləcək.

Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.