» » Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu

Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu

Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. 

Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.

Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.