» » Berni Ekklstounun qayınanasını qaçırdılar

Berni Ekklstounun qayınanasını qaçırdılar

Berni Ekklstounun qayınanasını qaçırdılar

Cinayətkarlar qadının azad edilməsi üçün 120 milyon Braziliya realı tələb ediblər.

“Formula-1” avtomobil yarışlarının rəhbəri, milyardçı Berni Ekklstounun qayınansını naməlum şəxslər qaçırıb. 

Ucarliyiq.biz VEJA-ya istinadən xəbər verir ki, Berni Ekklstounun həyat yoldaşı, 38 yaşlı braziliyalı Fabiana Flozinin anası Aparesida Şunk San-Paulda iyulun 22-də qaçırılıb, amma bu haqda yalnız bir neçə gün sonra məlumat yayılıb. 

Cinayətkarlar qadının azad edilməsi üçün 120 milyon Braziliya realı (57,52 milyon manat) tələb ediblər.

85 yaşlı Berni Ekklstoun Flozi ilə 2012-ci ildə evlənib, Flozi milyardçının üçüncü arvadıdır. Biznesmenin sərvəti 3,1 milyard dollar qiymətləndirlir. 

Hazırda Braziliyada Olimpiya oyunlarına hazırlıq gedir. Oyunların açılışı avqustun 5-də ölkənin əsas stadionunda baş tutacaq. 

Berni Ekklstounun qayınanasını qaçırdılar

Berni Ekklstoun

Berni Ekklstounun qayınanasını qaçırdılar

Berni Ekklstoun və Fabiana Flozi 

ucarliyiq.biz