» » BP-nin mənfəəti kəskin azaldı

BP-nin mənfəəti kəskin azaldı

BP-nin mənfəəti kəskin azaldı

Bu il Brent neftinin ortalama qiyməti 35,21 dollar olub.

BP Plc şirkətinin mənfəəti ikinci rübdə 45% azalaraq, proqnozlardan aşağı olub. 

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, şirkət buna səbəb kimi neftin aşağı qiymətləri əsas götürüb. 

Şirkətin mənfəəti bir ildə 1,3 milyard dollardan 720 milyon dollara geriləyib. Bloomberg anketinə qatılan 13 anatik isə bu rəqəmin 819 milyon dollar olacağını proqnozlaşdırıdı.

Qeyd edək ki, Brent neftinin ortalama qiyməti ikinci rübdə bir barelə görə, 47,03 dollar səviyyəsində olub. 2016-ci ilin ilk yarısında isə bu rəqəm 35,21 dollar səviyyəsində qərarlaşıb. Brent neftinin ortalama qiyməti bir öncəki il 63,50 dollar olmuşdu. 


ucarliyiq.biz